MƏDƏNİYYƏT


Musiqisevərlərə hədiyyə

Bakı, 30 iyun, AZƏRTAC

Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın yeni albomu buraxılıb.

AZƏRTAC Nəzrin Rəşidovanın saytına istinadla xəbər verir ki, albomda həmvətənimizin ifasında fransalı skripkaçı, bəstəkar və pedaqoq Emil Sorenin (1852-1920) skripka üçün 24 etüdü (Etudes-caprices Op.64'. Vol.1) yer alıb. Emil Sore 1902-ci ildə bəstələdiyi bu əsərləri London Kral Akademiyasında dərs deyərkən tələbəsi - skripkaçı xanım Heyourd Maycoriyə (1885-1953) həsr edib. Etüdlər ilk dəfədir ki, diskə yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.