MƏDƏNİYYƏT


Musiqisevərləri bir araya gətirəcək layihə - “Music Band”

Bakı, 4 avqust, AZƏRTAC

Bakıda, Fəvvarələr meydanında musiqisevərləri bir araya gətirəcək “Music Band” verilişinin növbəti çəkilişlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihə “Mədəniyyət” kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşıb.

Layihə caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, habelə gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etmək məqsədi daşıyır.

Tədbir tamaşaçılarla canlı ünsiyyət qurmaq, gənclərin, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə imkan yaradıb. Layihə çərçivəsində gerçəkləşən konsertdə müasir estrada mahnıları ilə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.