MƏDƏNİYYƏT


Müslim Maqomayevin xatirəsi anılıb

Bakı, 10 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət Evində görkəmli müğənni, Xalq Artisti Müslim Maqomayevin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, VKC növləri üzrə Karate Federasiyasının prezidenti Nurəddin Quliyev və Xəzər rayon İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Sonra qonaqlara sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Tədbir çərçivəsində karate klublararı üzrə yoldaşlıq yarışına start verilib.

Rayonun bir sıra karate məktəblərinin iştirak etdiyi yarışın sonunda qaliblər diplom və medallar ilə təltif ediliblər.

Tədbir mədəniyyət evinin bədii özfəaliyyət kollektivi, “Məşəl” rəqs qrupu və tanınmış ifaçıların konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.