MƏDƏNİYYƏT


Müslüm Maqomayevin xatirəsi əbədi yaşayacaq

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) hər il Azərbaycanın görkəmli müğənni və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər keçirir. Bu dəfə Netaniya şəhərinin (İsrail) mədəniyyət sarayında müğənninin doğum gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC “Azİz” assosiasiyasına istinadla xəbər verir ki, anım gecəsində tamaşaçılar bu sevimli ifaçının mahnılarından və onun haqqında söhbətlərdən feyziyab olublar. Lilya Boqatıryova və Rita Rakovşik tərəfindən tərtib edilmiş konsert proqramına Tomer Əliyev və Sergey İlyasafovun ifasında Müslüm Maqomayevin repertuarından olan mahnılarla yanaşı, İraida Paninanın ifasında müasir mahnılar da daxil idi. Gənc vokalçı Timoti Sannikov idiş dilində mahnılar oxuyub, skripkaçılar Aleksandr Spivak və Yelena Borisova-Spivak isə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin və Fikrət Əmirovun əsərlərini ifa ediblər.

“Azİz” assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə məlumat verib, yazıçı və jurnalist Mark Kotlyarski isə müğənni haqqında xatirələrini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.