CƏMİYYƏT


Müstəqil Azərbaycanın inkişafı statistik rəqəmlərdə

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr edilən “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktik konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Ədalət Muradov son 25 ildə ölkənin inkişaf yoluna nəzər salıb, qısa vaxtda sosial-iqtisadi sahədə müşahidə edilən böyük nailiyyətlərdən danışıb.

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda məruzə ilə çıxış edib. Komitə sədrinin müavini 1991-2015-ci illərdəki iqtisadi dinamikanı, mühüm statistik göstəriciləri, o cümlədən son 10 ildəki davamlı sosial-iqtisadi inkişafı rəqəmlərlə təqdim edib.

Y.Yusifov həmin dövrlərdə elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qeydə alınan artım dinamikasından da danışıb.

UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov 1991-2016-cı illərdə təhsildəki inkişaf meyillərinə xüsusi yer ayırıb. Mərkəzin direktoru ümummilli lider Heydər Əliyevin elm və təhsilə göstərdiyi diqqətdən danışıb, son illərdə hər iki sahənin inkişafı istiqamətində atılan addımları statistik rəqəmlərlə qeyd edib.

Çıxışlardan sonra Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Müstəqil Azərbaycan 25 il” adlı kitabının ilk nüsxələri UNEC-ə hədiyyə olunub.

Elmi-praktik konfrans müzakirələrlə davam edib.

Sonda UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.