CƏMİYYƏT


Müstəqil Dövlətlər Birliyinin 25 illik yubileyinə həsr olunan vahid dərs

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Bakının Nərimanov rayonundakı R.Nəsrəddinov adına 39 nömrəli məktəbdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illik yubileyinə həsr edilən vahid dərs keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Aleksey Kannov, səfirliyin mədəniyyət üzrə attaşesi Oksana Orlova, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Lyubov Yakunina, Tacikistanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Süleyman Sulexjon, BŞTİ-nin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə məktəbin direktoru Tahirə Şükürova vahid dərsin MDB–nin Hökumət Başçıları Şurası ilə razılaşdırılmış tədbirlər planı əsasında keçirildiyini bildirib.

Təşkilatçı Gülnarə Tanrıverdiyeva qeyd edib ki, dərs MDB–yə daxil olan dövlətlərin qrup formasında təqdimatından ibarətdir.

Sonra hər qrup təmsil etdiyi ölkə haqqında məlumat verib, onun tarixindən və mədəniyyətindən danışıb.

Tədbirdə şagirdlərin təqdimatında milli musiqi və rəqslərlə yanaşı, MDB–yə daxil olan digər ölkələrin də incəsənət nümunələri ifa edilib, əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.