Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilən Gəncə bu titulu şərəflə daşıyacaq

Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilən Gəncə bu titulu şərəflə daşıyacaq

Gəncə, 14 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə bu gün yalnız ölkəmizin ikinci böyük şəhəri deyil, o həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə Azərbaycanda gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəni mərkəzlərdən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncənin mədəni dəyərləri də elə bu cür qarşılıqlı mühitdə formalaşaraq inkişaf edib.

Gəncəçay vadisində aparılan arxeoloji qazıntılar bu ərazidə insanların hələ Tunc dövründə məskunlaşdığını sübut edir. Tarixdən də məlumdur ki, 427-ci və 1139-cu illərdə baş vermiş dəhşətli zəlzələlər nəticəsində, həm də sonrakı illərdə çoxsaylı yadelli hücumları və talanları ilə əlaqədar olaraq Gəncə şəhəri öz yerini bir neçə dəfə dəyişib. Müasir Gəncə şəhərinin əsası isə 1606-cı ildə Səfəvi hökmdarı şah Abbas tərəfindən qoyulub. Hazırda Gəncənin mərkəzində qorunan və şəhərə xüsusi yaraşıq verən ən yaşlı abidələr - Cümə məscidi, Çökək hamam və Karvansara də vaxtilə bu şahın əmri ilə inşa olunan tarixin yadigarlarıdır. İndi Gəncədə müxtəlif əsrlərdə ayrı-ayrı memarlar tərəfindən tikilən qala divarlarının qalıqlarını, onların bürclərini, gözətçi qüllələrini, çoxlu sayda məscid, ziyarətgah, türbə, ocaq, pir, karvansara, hamam, dəyirman, körpü, xanlara məxsus tarixi tikililər, mülkədar imarətləri və bir çox tarixi əhəmiyyətli abidələr görmək mümkündür.

Bəlkə də bu cür əzəmətli tikililərə qoca Şərqin, eləcə də dünyanın bir çox qədim şəhərlərində rast gəlmək olar. Lakin Gəncəni bütün dünyada məşhur edən və onu şöhrətləndirən bu şəhərin dahi şəxsiyyətləridir. Məhz, Gəncədə doğulan yaxud bu şəhərdə yaşayıb yaradan böyük ədiblər - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül üla Gəncəvi, Ömər Gəncəvi, Qivami Mütərrizi Gəncəvi, Rəziyə Gəncəvi, Mirzə Şəfi Vazeh, Nigar Rəfibəyli, bəstəkarlar - Fikrət Əmirov, Qəmbər Hüseynli, eləcə də daha neçə-neçə alimin, memarın, rəssamın və sənətkarın yaradıcılığı ilə nəinki onların mənsub olduğu xalq, eyni dərəcədə bütün bəşəriyyət fəxr edir.

Bu gün dünya mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan Homer, Dante, Şekspir, Firdovsi, Ömər Xəyyam, Sədi, Hafiz kimi sənətkarların adları yad ediləndə Nizami Gəncəvinin adı misilsiz hörmət və ehtiramla xatırlanır. XII əsrdə Azərbaycan ədəbi-mədəni mühitinin yetirdiyi bu böyük şəxsiyyət , dahi mütəfəkkir və şair beş poemadan ibarət, nadir sənət incisi “Xəmsə” yaratmaqla, dünya mədəniyyətinə və onun sonrakı inkişafına müstəsna xidmətlər göstərmiş olub. Nizami ədəbi irsi, yaradıcılığı şairin zamanından bugünkü dövrümüzə qədər dünya ədəbiyyatsevərləri tərəfindən sonsuz məhəbbətlə oxunub, rəğbətlə qarşılanıb və dərindən tədqiq edilib.

Bədii yaradıcılığında əsərlərindəki qəhrəmanların dili ilə insanları humanizmə, azadlığa, ədalətə, müdrikliyə, sevgiyə dəvət edən, hər kəsi maddi nemətlərin zövqündən uzaqlaşaraq mənəvi kamilliyə səsləyən Nizami Gəncəvi bədii-estetik zövq və əxlaqi-didaktik xarakter daşıyan əsərləri ilə insanlarda özünə əbədiyaşarlıq, doğulduğu şəhərə isə sonsuz məhəbbətin əsasını qoyub.

Məhsəti Gəncəvi isə özünün bədii-fəlsəfi rübailəri ilə bütün yaradıcılığı boyu sadə peşə, sənət adamlarını tərənnüm edib, qəhrəmanlarını mənəvi yüksəlişə səsləyib. Şairənin həyatı isə istər sağlığında, istərsə də özündən sonrakı dövrlərdə mühafizəkar Şərq mühitində bir çox məhdudiyyətləri aradan qaldıran, qadın azadlığının rəmzinə çevrilib.

XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazeh yaradıcılığı ilə Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadıb və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub gedib. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutub.

Azərbaycanın ilk qadın Xalq şairi Nigar Rəfibəyli isə milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkar olub. Şairin Ana vətənə bağlılığı, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.

Sevindirici haldır ki, son dövrlərdə Gəncə tarixi simasını qoruyub saxlamaqla, sürətlə inkişaf edən müasir şəhərə çevrilir. Şəhərdə yeni infrastruktur qurulur, yollar genişləndirilir, hündür və yaraşıqlı binalar tikilir, parklar salınır, həmçinin Gəncənin bütün tarixi abidələri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, parklarda, xiyabanlarda dahi şəxsiyyətlərin heykəlləri, büstləri qoyulur, onların adlarına küçələr, qəsəbələr salınır, muzeylər, mədəni mərkəzlər istifadəyə verilir.

Gəncənin sosial-iqtisadi və mədəni inkişafı gücləndikcə bu şəhərlə dostlaşmaq istəyən və onunla bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olan şəhərlərin sayı da artır. Son illərdə sıx əməkdaşlıq etdiyi və qardaşlaşdığı şəhərlərin sayını sürətlə artıran Gəncə həm də əhəmiyyətli çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınmağa başlayıb.

Belə ki, ulu öndər Heydər Əliyevin anadan olmasına həsr olunan beynəlxalq elmi-praktik konfranslar, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Gəncə görüşü, Böyük Britaniya, ABŞ, İsrail, BMT, Avropa Gənclər Forumu nümayəndələrinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin Gəncə şəhərinə səfərləri, Beynəlxalq şərab festivalları və digər tədbirlər Nizami yurdunun dünyada nüfuzunun artmasında mühüm rol oynayıb.

Qeyd etmək yerinə düşər ki, “Avropa Gənclər Paytaxtı-2016” tituluna layiq görülən Gəncə ötən il bir çox beynəlxalq layihələrə uğurla ev sahibliyi edib. Layihənin Gəncə üçün əhəmiyyəti ondan ibarət idi ki, bu vaxta qədər həmin titulu daşıyan şəhərlərdən fərqli olaraq Nizami yurdu coğrafi baxımdan Avropada yerləşmirdi.

Prezident İlham Əliyevin 2016-cı il fevralın 24-də imzaladığı “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı isə bu titula yiyələnən qədim Nizami yurduna göstərilən diqqət və qayğını bir daha əks etdirmiş oldu. Bir sıra müvafiq nazirlik və fondların “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinə lazımi dəstəyi, eləcə də titulun şəhər gəncləri arasında doğurduğu sevinc və fərəh hissi tezliklə böyük könüllü ordusunun yaranmasına və layihə çərçivəsində görülən işlərin uğurlu icrasına şərait yaratdı. Əlbəttə, həmin layihələrin uğurlu icrasının digər səbəbi həm də Gəncə şəhərində son 5 ildə həyata keçirilən geniş tikinti-quruculuq işləri və yaradılan yeni infrastrukturla bağlı idi.

İlk aylarda layihənin icrası üçün 43 tədbirin keçirilməsi nəzərdə tutulurdu. Lakin sonrakı aylarda həmin tədbirlərin sayı artırılaraq il ərzində 192-i yerli, 15-i beynəlxalq olmaqla ümumilikdə 207 tədbir icra edildi. İdmanın müxtəlif növləri üzrə 64 şəhər birinciliyi və kütləvi idman tədbirləri təşkil olundu. Həmin tədbirlərdə 60 mindən çox gənc iştirak etdi. “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Türk Şurasının Gənclər Festivalı”, “Avropa Gənclər Festivalı”, “Tarixin canlı səhifələri IV Festivalı”, “Avropa Şəhərciyi 2016-Gəncə”, “Wonderland Azərbaycan” beynəlxalq yay düşərgəsi, Ümumrespublika “Gənclər Debat Forumu – Payız 2016” layihəsinin final mərhələsi, beynəlxalq forumlar, festivallar, konfranslar, seminarlar, sərgilər, fləşmoblar, kitab təqdimatları, musiqi yarışları, eləcə də digər mədəni-kütləvi tədbirlər bütün şəhər əhalisinə və minlərlə gəncə unudulmaz anlar bəxş etdi.

Bu il də Gəncənin ictimai-siyasi və mədəni həyatının keçirilən bir sıra yerli və beynəlxalq tədbirlərlə əvvəlki illərdə olduğu kimi, yenə də zəngin olacağını söyləmək mümkündür. Çünki Gəncə 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) Mədəniyyət Paytaxtı seçilib. MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev hələ ötən ilin sentyabrında bu barədə məlumat vermişdi.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yeni layihə çərçivəsində tədbirlərin icrasına mart ayından başlanılacaq. Əminliklə demək olar ki, bu vaxta qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin Mədəniyyət Paytaxtı titulunu da şərəflə daşıyacaq və layihə çərçivəsində böyük tədbirlər keçiriləcək. Həmin tədbirlərin yüksək səviyyədə icra olunacağı isə heç kimdə şübhə doğurmur. Bu istiqamətdə dövlət səviyyəsində atılan addımlar, Gəncə şəhərinin maddi-mədəni mühitinin zənginliyi, müasir infrastrukturu bunu indidən deməyə əsas verir.

Sonda belə bir nəticəyə gəlmək olar ki, Gəncə şəhəri ötən il olduğu kimi, bu il də çoxsaylı yerli və beynəlxalq tədbirlərin uğurla icra edildiyi, xarici qonaqların sevərək gəldiyi məkan olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır