ELM VƏ TEXNOLOGİYA


“Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda konfrans keçirilib

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə Azərbaycan Respublikasının son 25 ildə keçdiyi böyük inkişaf yolundan danışıb. Alim həmin dövrdə paytaxtda bütün sahələrdə olduğu kimi şəhərsalma və memarlıq sahəsində də mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın mövzusunun aktuallığını qeyd edib. AMEA-da dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı tədbirlərə start verildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan dövləti qısa müstəqillik tarixində bir sıra uğurlara imza atıb.

Konfransda “Müstəqil türk ölkələrinin boyakarlığında Qorqud surəti”, “Musiqi türkologiyasının əsasları”, “Müstəqillik illərində Azərbaycan memarlığının inkişafı”, “Azərbaycanda müasir xalça sənətinin inkişafı” və digər mövzularda məruzələr dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.