ELM VƏ TEXNOLOGİYA


Müstəqilliyə və multikultural cəmiyyətə gedən yol

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən “18 oktyabr – müstəqilliyə və multikultural cəmiyyətə gedən yol” mövzusunda seminar olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlı müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından bəhs edib.

Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişafında müstəsna tarixi xidmətlərini vurğulayıblar.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.