MƏDƏNİYYƏT


“Müstəqilliyimiz əbədidir!” adlı “dəyirmi masa” keçirilib

A+ A

Bakı, 13 oktyabr, Z.Mansurova, AZƏRTAC

Oktyabrın 13-də “Qafqaz Media” İctimai Birliyində (İB) dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr edilmiş “Müstəqilliyimiz əbədidir!” adlı “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İB-nin sədri Azadə Hüseynova müstəqilliyin qazanılması uğrunda xalqımızın çətin sınaqlardan çıxdığını, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizə əngəl törədəcək xeyli hadisələrin baş verdiyini, lakin Azərbaycan xalqının bu çətinliklərin öhdəsindən rəşadətlə gəldiyini söyləyib.

Bildirib ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu Öndər tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başlatdığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə İB-nin sədr müavini Cavanşir Vahabov müstəqillik dövrünün tariximizin ən qiymətli səhifəsi olduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin ölkəmizin beynəlxalq münasibətlərinin qurulması üçün atdığı addımları böyük uzaqgörənliklə və dəqiqliklə hesabladığını söyləyib. Məhz onun uzaqgörənliyi sayəsində bu gün Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib.

Çıxış edənlər son 25 ildə əldə olunan uğurlardan danışıblar.

Sonda incəsənət ustalarının ifasında “Müstəqilliyimiz əbədidir!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.