ELM VƏ TƏHSİL


Müstəqilliyimiz ən böyük sərvətimizdir

Bakı, 27 may, AZƏRTAC

Mayın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş “Müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda çıxış edən mərkəzin direktoru Yusif Alıyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, gördüyü mühüm işlər haqqında danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qanı, canı bahasına yaradılıb.

Y.Alıyev, həmçinin müstəqilliyimizin bərpasından sonrakı vəziyyət haqqında söhbət açıb. O deyib ki, Azərbaycanda 1993-cü ildəki siyasi durum o qədər gərgin idi ki, əgər ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, ölkəmizin aqibəti Cümhuriyyətin aqibətini yaşayacaqdı. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsini həmişə əziz tutublar.

Sonra AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Mübariz Göyüşlü “Cümhuriyyətə aparan tarixi yol” adlı məruzə ilə çıxış edərək XX əsrin əvvəllərində baş verən siyasi proseslərin Azərbaycana real təsirlərindən danışıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı məruzə ilə çıxış edərək Cümhuriyyətin tarixi uğurlarından danışıb. O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan etməklə ölkəmizin müstəqillik tarixinin daha dərin olmasını dünyaya bəyan etdi.

Tədbirdə “Hədəf” Şirkətlər Qrupunun direktoru Şamil Sadiq “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında” adlı məruzəsində 1918-1920-ci illərdə Azərbaycan ədəbiyyatında baş verən proseslərin siyasi və tarixi təhlilini verib, o dövrün hadisələrini öyrənmək baxımından ədəbiyyatın əvəzsiz mənbə olduğunu qeyd edib.

Daha sonra məruzələr ətrafında çıxışlar olub. Kikboksinq Federasiyasının vitse-prezidenti Arzuman Abdulkərimov, araşdırmaçı Dürdanə İsmayılova Cümhuriyyətimizin yaradılması tarixindən, quruculuq işlərində xidmətləri olmuş dövlət xadimlərindən danışıblar.

Daha sonra mərkəzin gənc nəslin təlim-tərbiyəsindəki yüksək xidmətlərinə görə fərqlənən üç müəllimi fəxri fərmanla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.