SİYASƏT


Müstəqilliyimizin bərpasından sonra Azərbaycan böyük uğurlara imza atıb

A+ A

Bakı, 18 oktyabr, Maqsud Dadaşov, AZƏRTAC

Oktyabrın 18-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov XX əsrin Azərbaycan xalqının həyatında böyük mübarizələr əsri olduğunu, bu dövrdə müstəqil dövlətimizin qurulduğunu, 1991-ci il oktyabrın 18-də yenidən əldə etdiyimiz müstəqilliyin bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşdüyünü deyib. Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan xalqının tarixinə müstəqilliyin memarı və qurucusu kimi daxil olduğunu vurğulayan rektor Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə olan qayğısı nəticəsində müstəqillik tarixinin əbədiləşdiyini söyləyib.

Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda səsləndirdiyi fikirləri xatırladan A.Məhərrəmov bu illər ərzində respublikamızın bütün istiqamətlər üzrə böyük uğurlara imza atmasından, dünyanın aparıcı ölkələrindən birinə çevrilməsindən danışıb.

Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev müstəqil ölkəmizin təməl prinsiplərini formalaşdırıb, xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Bu gün Prezident İlham Əliyevin yorulmaz, çoxcəhətli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək.

Sonda müstəqilliyimizin şərəfli yollarını əks etdirən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.