ELM VƏ TƏHSİL


Müstəqilliyin və dövlətçiliyin xilas günü

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin təhsil müəssisəsindəki büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla anıblar.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin Qazax filialı direktorunun tədris və elmi işlər üzrə müavini, dosent Məmməd Yusifov Milli Qurtuluş Gününün tariximizin şanlı səhifəsi, müstəqilliyin və dövlətçiliyin xilas günü olduğunu vurğulayıb. 1988-1992-ci illərdə ölkəmizin məhv olmaq təhlükəsi ilə üzləşdiyini söyləyən M.Yusifov diqqətə çatdırıb ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi sabitlik təmin edilib, respublikamız dağılmaq, məhv olmaq təhlükəsindən xilas olub.

Heydər Əliyev siyasəti nəticəsində Azərbaycanın inkişaf yoluna çıxdığını bildirən M.Yusifov müasir müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində Ulu Öndərin misilsiz tarixi xidmətlərini xatırladıb.

Filialın baş müəllimləri Hamlet İlyasov, Balabəyim Qədimova və başqaları ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, ölməz ideyalarının əhəmiyyətindən söz açıb, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirib, xalqımızın daha parlaq, daha xoşbəxt sabahına inandıqlarını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.