İQTİSADİYYAT


Müştərilər borclu olduqları banklara kredit ödənişlərini MilliÖN vasitəsilə həyata keçirə bilərlər

Bakı, 10 iyun, AZƏRTAC

Ləğv prosesində olan banklara kredit öhdəliyi olan müştərilər ödənişlərini onlara yaxın ərazidə yerləşən "MilliÖN" Ödəmə Sistemi vasitəsilə həyata keçirə bilərlər.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a verilən məlumatda deyilir.

"MilliÖN" terminalının menyusunda olan "Bank xidmətləri" səhifəsindən "ADİF" seçilərək krediti ödəniləcək şəxsin şəxsiyyət vəsiqəsində olan "PİN" kod daxil edilir. Müştərinin krediti olduğu ləğv prosesində olan bankların siyahısı əks etdirilir və ödəniş aparılacaq bankın adı seçilir. Bankda müştərinin bütün kreditləri siyahıda əks etdirilir və müştəri ödəniş etmək istədiyi krediti seçir. Ödəniş ediləcək məbləğ terminala daxil edilərək "irəli" düyməsi seçilir və qəbz terminaldan götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.