REGİONLAR


“Mütaliə həftələri” oxucular tərəfindən maraqla qarşılanır

A+ A

Şəki, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Əhalinin kitaba olan marağını daha da artırmaq, kitabxanalara daha çox oxucu cəlb etmək və mütaliə mədəniyyətini inkişaf etdirmək məqsədilə Şəkinin kitabxana müəssisələrində “Mütaliə həftələri”nin keçirilməsinə başlanılıb.

Şəhər Mədəniyyət və Turizm Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilk tədbir İ.S.Nakam adına Şəki şəhər Mərkəzi kitabxanasının təşkilatçılığı ilə şəhərin mərkəzində açıq havada, M.F.Axundzadə adına keçmiş kinoteatr binasının qarşısındakı meydanda keçirilib. Kitabxananın uşaq şöbəsi isə “Mütaliə həftəsi”ni “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “Qala divarları”nın içərisində təşkil edib.

Tədbir çərçivəsində təşkil edilən sərgilərdə klassik Azərbaycan və xarici ölkə yazıçılarının kitabları ilə yanaşı, uşaq ədəbiyyatı, gənc yazarların əsərləri, ensiklopediyalar, tariximizə və vətənpərvərliyə dair kitablar nümayiş olunub. Kitab sərgiləri yerli sakinlərlə yanaşı, şəhərin qonaqlarının da diqqətini cəlb edib.

Tədbir zamanı kitabxanalara xeyli sayda yeni oxucular da üzv yazılıb.

Oxucuların geniş marağına səbəb olan “Mütaliə həftələri”nin müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.