İQTİSADİYYAT


Mütəxəssislər: Antiviruslar kompyuteri qorumur

A+ A

Bakı, 16 iyul, AZƏRTAC 

Kibertəhlükəsizlk sahəsi üzrə mütəxəssislər hazırkı antivirus proqramlarının məlumatların saxlanılması və fərdi kompyuterin qorunması üçün zəmanət verməməsinə əmindirlər. Bundan başqa, belə proqramların bir neçə növü hətta virusun fərdi kompyuterə düşməsinə yardımçı olur.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, bu yaxınlarda "Symantec” şirkətinin ciddi tənqid edilən proqram təminatı sınaqdan keçirilib. Belə ki, antivirusun tam versiyasının alınmasına sistemin tam skan edilməsinə, bütün modulların aktivləşdirilməsinə və proqram statistikasının tam mühafizəni göstərməsinə baxmayaraq, sistemin yoluxma ehtimalı çox böyükdür.

Tədqiqatdan həmçinin məlum olub ki, əksər proqramlar özlərini antivirus kimi qələmə versələr də, kompyuterin təhlükəsizliyinə təminat vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.