CƏMİYYƏT


Mütəxəssislər plastik butulkaların təkrar istifadəsini qadağan ediblər

Bakı, 29 iyun, AZƏRTAC

Yeni tədqiqat müəlliflərinin gəldikləri qənaətə görə, plastik butulkalardan dəfələrlə istifadə edən insan təhlükəli bakteriya və kimyəvi birləşmələrin təsirinə məruz qalır. AZƏRTAC “Zee News”a istinadla xəbər verir ki, mütəxəssislər idmançıların bir həftə ərzində istifadə etdikləri su butulkalarını tədqiq ediblər.

Butulkalarda bakteriyaların miqdarı maksimum həddi keçib (hər kvadrat santimetrə 900 mindən çox koloniya yaradan vahid). Butulkalarda aşkar edilən mikroorqanizmlərin 60 faizi insanların sağlamlığı üçün təhlükəli olub.

Butulkaların hazırlandığı plastik kütlənin tərkibində bisfenol-A da ola bilər. Mütəxəssislərin çoxu əmindir ki, bu birləşmə sağlamlıq üçün təhlükəlidir, çünki hormonal fona təsir etməyə qadirdir. Tədqiqatçılar bu qənaətə gəliblər ki, plastik butulkalardan bir neçə dəfə istifadə etmək olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.