DÜNYA


Mütəxəssislərin fikrincə, 2014-cü ildə itən Malayziya təyyarəsi okeana çırpılıb

A+ A

Tokio, 2 noyabr, AZƏRTAC

2014-cü ilin martında Hind okeanı üzərində itmiş “Boeing” sərnişin təyyarəsi çox güman ki, su üzərinə enməyib və okeana çırpılıb. Bu barədə noyabrın 2-də Avstraliya Nəqliyyatda Təhlükəsizlik Bürosunun həmin qəzanın tədqiqi ilə əlaqədar dərc etdiyi aralıq hesabatda deyilir.

Malayziya Hava Yollarına məxsus təyyarənin Tanzaniyanın Pemba adası sahillərində aşkar edilən parçasının laboratoriyada tədqiqi zamanı mütəxəssislər müəyyən ediblər ki, layner eniş etməyə hazırlaşmayıb. Bu, təyyarənin pilotlar tərəfindən düşünülmüş tərzdə qəzaya uğradılması barədə fərziyyəni təkzib edir və onun yanacaq qurtardıqdan sonra böyük yüksəklikdən okeana düşdüyünü deməyə əsas verir.

Mütəxəssislərin araşdırmalarının son nəticələrini şərh edən Avstraliyanın infrastrukturun inkişafı və nəqliyyat naziri Darren Çester bildirib ki, həmin hesabat MH370 reysinin son uçuş dəqiqələrində baş verən hadisə barədə mühüm informasiyanı özündə əks etdirir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.