REGİONLAR


Müvəqqəti bağlanan Ələt-Astara yolu bu gün səhər saatlarından açılıb VİDEO

A+ A

Cəlilabad, 28 oktyabr, İ.Adıyev, AZƏRTAC

Cəlilabada yağan intensiv yağışların törətdiyi fəsadlar nəticəsində dünən axşam müvəqqəti bağlanan Ələt-Astara magistral yolu açılıb.

AZƏRTAC xəbər verir ki, sürücülər bu gün səhər saatlarından magistral yoldan istifadə edirlər.

Qeyd edək ki, intensiv yağışlar nəticəsində Cəlilabad rayonunun Cəfərxanlı kəndindəki gölün səviyyəsi maksimum həddə çatdığından bənd dağılmışdı. Sel sularının məcrasını dəyişmək məqsədilə Ələt-Astara magistral yolu müvəqqəti bağlanmışdı. Sürücülər isə alternativ yoldan istifadə edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.