CƏMİYYƏT


Müvəqqəti işlər vəkili: “İraq Hava Yolları”nın qətlə yetirilmiş əməkdaşının İraq səfirliyi ilə heç bir bağlılığı yoxdur

A+ A

Bakı, 7 yanvar, AZƏRTAC

“İraq Hava Yolları” aviaşirkətinin bu gün Bakıda qətlə yetirilmiş əməkdaşının İraqın Azərbaycandakı səfirliyi və o cümlədən müvəqqəti işlər vəkilliyi ilə heç bir bağlılığı yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli bəyanat yayıb. O, həmçinin qeyd edib ki, ölümlə nəticələnən hadisə iki Azərbaycan vətəndaşı arasında münaqişə zəminində baş verib. Azərbaycan hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparırlar. Öldürülən şəxs İraqın Azərbaycandakı səfirliyi ilə heç bir əlaqəyə malik deyil. Onun qardaşı səfirliyin yerli əməkdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.