REGİONLAR


Muxtar respublikada 122 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub

Naxçıvan, 22 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında bir il əvvələ nisbətən 3,1 faiz çox, yəni 122 milyon 439 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 11550 ton ət, 47694 ton süd istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 2,3 və 1,3 faiz çoxdur.

Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 2 quşçuluq təsərrüfatı yaradılıb. Hazırda 3 quşçuluq təsərrüfatının yaradılması işləri davam etdirilir.

Bu ilin ilk yarımilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 1 milyon 206 min 300 manat məbləğində kreditlər verilib.

2017-ci ilin ilk yarımilində muxtar respublikadan 40 milyon 47 min 200 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.