REGİONLAR


Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı üzrə əhaliyə göstərilən səyyar xidmət davam etdirilir

A+ A

Şərur, 12 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən səyyar xidmətlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, komitə əməkdaşları Şərur rayonunun Çərçiboğan kəndində vətəndaşlara səyyar xidmət göstəriblər.

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Rüstəmov bildirib ki, səyyar xidmət haqqında əvvəlcədən əhaliyə məlumat verilib.

Səyyar xidmət zamanı torpaq sahəsinin plan ölçüsünün və daşınmaz əmlakın texniki pasportunun hazırlanması üçün yerindəcə vətəndaşların torpaq sahələrinə baxılıb və müasir qurğularla əmlakın ölçüsü dəqiqləşdirilib, 28 nəfər kənd sakininə xidmət göstərilib.

Qeyd edək ki, Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində də vətəndaşlara səyyar xidmət göstərilib, gün ərzində 12 nəfər kənd sakini xidmətdən yararlanıb.

Yerlərdə vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılmasına, vaxta qənaət edilməsinə, şəhər və rayon mərkəzlərinə getmədən müraciətlərin yerində və qısa zamanda həll edilməsinə imkan yaradan səyyar xidmətlər növbəti günlərdə digər rayonlarda da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.