REGİONLAR


Muxtar respublikada əhalinin və torpaq sahələrinin su təminatı diqqət mərkəzindədir

Naxçıvan, 9 iyun, AZƏRTAC

Muxtar respublikada torpaq sahələrinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün bir sıra tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək məqsədilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, ümumilikdə, muxtar respublika ərazisində 17 kilometr magistral kanal, 46 kilometr ara arxları və 2 kilometr kollektor lildən təmizlənib, 14 kilometr yeni suvarma boru xətti çəkilib.

Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay və Arpaçay selovunda 2 kilometrdən çox istiqamətləndirici bənd tikilib.

Naxçıvan Muxtar Respublikası ərazisində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər də davam etdirilib. Belə ki, ötən ay rayon suvarma sistemləri idarələri tərəfindən muxtar respublika üzrə 8 kilometr içməli su xətti çəkilib. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində isə Şərur rayonunda 5 kilometr su və 7 kilometr kanalizasiya xəttinin çəkilişi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.