REGİONLAR


Muxtar respublikada fəaliyyət göstərən marşrutlara GPS izləmə sistemləri quraşdırılır

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Muxtar respublikada şəhər daxilində işləyən və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən 20 avtobusa Naxtel 4G GPS izləmə sistemi quraşdırılıb. Yaxın günlərdə bütün marşrutlar üzrə tətbiq ediləcək bu sistem vasitəsilə nəqliyyat vasitələrinin hərəkət qrafikini, sürət həddini, olduğu yeri və yanacaq sərfini nəzarətdə saxlamaq mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Nəqliyyat İdarəsində “Nəqliyyatda təhlükəsizlik və payız-qış mövsümündə sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi” məsələləri ilə bağlı keçirilən müşavirədə danışılıb.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Ramin Qəhrəmanov deyib ki, artıq avtovağzallar payız-qış mövsümünə hazırdır. Şəhər və rayonlararası marşrutların qrafiki də qış rejiminə uyğunlaşdırılıb, nəqliyyat vasitələrinə texniki baxış keçirilib, lazımi ehtiyat hissələri alınıb.

Naxçıvan şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov və nazirliyinin şöbə müdiri Elxan Novruzov da 2016-2017-ci ilin payız-qış mövsümü ilə əlaqədar görülmüş işlərdən danışıblar. Bildirilib ki, qış mövsümündə ən ucqar kəndlərin belə nəqliyyatla bağlı heç bir problemi olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.