REGİONLAR


Muxtar respublikada kənd təsərrüfatı məhsulunun istehsalı artıb

A+ A

Naxçıvan, 30 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında bir il öncəyə nisbətən 5,6 faiz çox, yəni 117 milyon 544 min 900 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ilin ötən dövrü ərzində kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilib, 6 heyvandarlıq təsərrüfatı yaradılıb, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 6 milyon 96 min 100 manat həcmində kreditlərin verilməsi təmin olunub.

İyulun 1-i tarixinə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 118 min 152 baş, qoyun və keçilərin sayı 740 min 497 baş olub ki, bu da ötən ilin altı ayındakı göstəriciləri müvafiq olaraq 1,7 və 2,4 faiz üstələyib.

Muxtar respublikada diri çəkidə 11 min 294,8 ton ət, 47 min 97,5 ton süd istehsal olunub. Bu isə 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 1,6 və 1,7 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.