REGİONLAR


Muxtar respublikada kənd təsərrüfatı texnikaları ilə təminat yüksək səviyyədədir

A+ A

Naxçıvan, 19 avqust, AZƏRTAC

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 57-si 2016-cı ildə olmaqla, müxtəlif təyinatlı 1742 müasir kənd təsərrüfatı texnikası və avadanlığı alınıb gətirilib.

AZƏRTAC xəbər verir ki, hazırda “Naxçıvan Aqrolizinq” ASC-nin bazasında 294 müxtəlif texnika və avadanlıq var. Bunun 26-sı Şərur, 37-si Babək, 25-i Culfa, 10-u Sədərək, 9-u Ordubad, 14-ü Şahbuz, 15-i isə Kəngərli bazalarına icarəyə verilib. Həyata keçirilən tədbirlər əkin-biçin kampaniyasının mütəşəkkil aparılmasını, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasını təmin edir.

Görülən işlər nəticəsində Naxçıvan Muxtar Respublikasında cari ilin taxıl biçini kampaniyası optimal müddətə başa çatdırılıb, sahələrdən bol məhsul götürülüb. Hazırda payız əkini kampaniyasına hazırlıq görülür, texnikalara baxış keçirilərək mövsümə hazır vəziyyətə gətirilir.

Dövlətimizin başçısının 2007-ci il 23 yanvar tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri mineral gübrələrin dəyərinin dövlət tərəfindən ödənilməsi diqqət mərkəzində saxlanılıb. Kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasına da güzəştlər tətbiq olunub. Hazırda texnikaların ilkin dəyəri 20 faiz ödənilməklə dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq olunur. Bu da təbii ki, texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaradıb. 2016-cı ildə 11-i nağd və köçürmə, 86-sı lizinq yolu ilə olmaqla, ümumilikdə, 1472 texnika satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.