REGİONLAR


Muxtar respublikada muzey bələdçiləri üçün seminar-treninqlər davam etdirilir

Naxçıvan, 21 dekabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muzey bələdçiləri üçün keçirilən seminar-treninqdə bələdçilərin davranış qaydaları barədə ətraflı söhbət açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi muzey bələdçilərinin fəaliyyətini stimullaşdırmaq, onların peşə hazırlığını yüksəltmək, ekskursiya işinin təşkili ilə əlaqədar mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, eyni zamanda, muzeylər arasında qarşılıqlı əlaqələrin inkişafına kömək göstərməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva qeyd edib ki, seminar-treninqlər ötən ildən başlayaraq muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə keçirilir. Bu tədbirlər muzey bələdçilərinin nəzəri biliklərinin artırılmasına müsbət təsir göstərir.

Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olduqdan sonra onlara bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında muxtar respublikaya 368 min 845 nəfər turist gəlib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,9 faiz və ya 17 min 248 nəfər çoxdur. Qədim diyara turist axınının artması mədəniyyət müəssisələrinin fəaliyyətini daha da yaxşılaşdırmasını və iş prinsiplərinin müasir dövrün tələbləri çərçivəsində qurulmasını gündəmə gətirir. Muzey bələdçiləri üçün keçirilən seminar-treninqlər bu istiqamətdə görülən tədbirlərin tərkib hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.