REGİONLAR


Muxtar respublikada nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir

A+ A

Naxçıvan, 26 iyul, AZƏRTAC

Bu ilin ötən dövründə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilib, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilib. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi təmin olunub.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilin birinci yarısında 4 avtobus vasitəsilə Bakıya 426 reys edilib, 12 min 889 sərnişin daşınıb. Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 14 min 636 olub. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb.

Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərdə olan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılıb, vaxtaşırı təmir işləri görülüb. Bu dövrdə 139 marşrut xətti üzrə 305 avtobus vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib.

Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.