REGİONLAR


Muxtar respublikada səyyar xidmət fəaliyyətini genişləndirir

A+ A

Naxçıvan, 17 avqust, AZƏRTAC

Naxçıvanda səyyar xidmət fəaliyyətini genişləndirir. Avqust ayının ötən günlərində muxtar respublikanın Babək rayonunun 10 kəndində 291 şəxsiyyət vəsiqəsi, 63 sürücülük vəsiqəsi, 2 məhkumluq haqqında arayış verilib. Avqust ayının 15-16-da isə səyyar xidmət Sədərək rayonunun Sədərək kəndində və Heydərabad qəsəbəsində olub.

AZƏRTAC xəbər verir ki, səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2015-ci il martın 7-də yaradılan səyyar xidmət insanların rahatlığının təmin edilməsinə hesablanıb. Səyyar xidmət üçün nazirliyə “Hundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, xidmətin göstərilməsi üçün kompyuter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Məhz bütün bunların nəticəsində son illər muxtar respublikada hər bir sahədə olduğu kimi, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində də xeyli işlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.