REGİONLAR


Muxtar respublikada uşaqlar kütləvi tibbi müayinədən keçirilir

Culfa, 18 iyul, AZƏRTAC

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən uşaqların tibbi müayinədən keçirilməsi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Culfa rayonunun Ərəzin kəndində uşaqlar kütləvi profilaktik tibbi müayinədən keçirilib. Pediatr, stomatoloq, nevropatoloq, dermatoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 40 nəfər uşağa tibbi xidmət göstərib. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicə üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Əlli nəfərədək valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə birgə fəaliyyətin zəruriliyi qeyd edilib.

Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik kömək göstərilib.

Rayonun digər kəndlərində yaşayan uşaqların da kütləvi profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.