REGİONLAR


Muxtar respublikanın Karate-do Federasiyasının yetirmələri Ağbulaq İstirahət Mərkəzində olublar

A+ A

Şahbuz, 27 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, karateçiləri Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İlk olaraq idmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər.

İki gün ərzində karateçilər burada müxtəlif mövzularda diskussiyalarda, intellektual oyunlarda iştirak edib, sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə fəallığın təmin edilməsi mövzularında keçirilən seminarlarda müzakirələr aparıblar. Təşkil olunan mini-futbol, şahmat və voleybol yarışlarında karateçilər bacarıqlarını nümayiş etdiriblər.

İstirahətin son günündə idmançılar Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olublar. Bildirilib ki, buradakı muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2 min 900-ə yaxın bitki növü yayılıb ki, bunların bir çoxu endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növün bu ərazilərdə yayılmasına imkan verib. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.

Qeyd edək ki, idmançıların ikigünlük istirahəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Karate-do Federasiyası tərəfindən təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.