REGİONLAR
Muxtar respublikanın kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmətlər göstərilir
Naxçıvan, 22 may, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi səyyar xidmət avtomobilləri ilə muxtar respublikanın kənd yaşayış məntəqələrində vətəndaşlara müvafiq xidmətlər göstərir.
AZƏRTAC xəbər verir ki, növbəti ünvan Şərur rayonunun Sərxanlı kəndi olub.
İndiyədək Şərur rayonunun 19 kəndində belə səyyar xidmət göstərilib, növbəti günlərdə Gümüşlü və Axura kəndlərinin sakinləri bu xidmətdən yararlana biləcəklər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün ayrılmış “Hyundai” markalı avtomobildə lazımi avadanlıqların quraşdırılması vətəndaşlara ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması kimi xidmətlərin göstərilməsinə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]