REGİONLAR
Muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvandakı muzeylərdə olublar
AZƏRTAC xəbər verir ki, ziyarətçilərə muzeyin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı əsasında yaradıldığı bildirilib.
Qeyd olunub ki, “Xan Sarayı”nın binası yenidən qurulub, bu mədəniyyət müəssisəsinin fəaliyyəti üçün lazımi arxiv materialları və digər sənədlər toplanaraq muzeyə verilib. 2010-cu il dekabrın 17-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin açılışı olub.
Muzeyin yaradılmasının əsas məqsədi Azərbaycanın milli dövlətçilik tarixində xüsusi yer tutan Naxçıvan xanlığının tarixinin öyrənilməsi və təbliğidir.
Kollektivlər, həmçinin hədiyyələr mağazası və qədim musiqi alətlərinin hazırlanması sexinin fəaliyyəti ilə də tanış olublar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin əməkdaşları Heydər Əliyev Muzeyində, muxtar respublika Prokurorluğunun əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Ombudsman Aparatı və Dövlət Gömrük Komitəsinin əməkdaşları Açıq Səma Altında Muzeydə, Ali Məhkəmənin və Daxili İşlər Nazirliyinin kollektivləri Ədəbiyyat Muzeyində, Vergilər və Maliyyə nazirliklərinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərinin əməkdaşları isə Dövlət Xalça Muzeyində olublar.
Qeyd edək ki, Naxçıvanda keçirilən “Muzey günləri” çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.