REGİONLAR


Muxtar respublikanın su anbarlarında 260 milyon kubmetrdən çox su ehtiyatı var

Naxçıvan, 18 may, AZƏRTAC 

Muxtar respublikanın su anbarlarında hazırda 260 milyon kubmetrdən çox su ehtiyatı var. Bu da əkin sahələrinin suya olan tələbatının tam ödənilməsinə şərait yaradır. Ötən ay 9 kilometr magistral kanal, 45 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənib, 2 kilometr yeni suvarma boru xətti çəkilib, 7 kilometr suvarma boru xətti və 10 kilometr içməli su xətti təmir olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, suvarma mövsümünü mütəşəkkil keçirmək məqsədilə sututarlarına suvarma suyunun doldurulması davam etdirilib.

Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançayda, Cəhriçayda, Arpaçayda və Qahab selovunda 4 kilometrə yaxın istiqamətləndirici bənd tikilib.

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində hazırda Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Layihəyə uyğun olaraq Şərur şəhərində 4198 metr su xətti çəkilib, 30 ev birləşməsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.