ELM VƏ TƏHSİL


Müxtəlif şəraitdə işləyə bilən yeni kamera təqdim olunub

Bakı, 18 iyul, AZƏRTAC

Rusiya beynəlxalq sənaye sərgisində yeni qısadalğalı infraqırmızı diapazonlu kamera təqdim edib.

Qurğunun əsas xüsusiyyəti onun müxtəlif şəraitdə işləyə bilməsidir. Kameradan hətta tüstü, toz, duman və qaranlıq olduqda belə istifadə etmək mümkündür.

AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, “hər şeyi görən” kamera bir çox mülkü sahələrdə də istifadə edilə bilər. Potensial tətbiq sahələrinə ərzaq keyfiyyətinin müəyyənləşdirilməsi, günəş batareyaların diaqnostikası, kənd təsərrüfatı sahələrinin monitorinqi, o cümlədən neft-qaz sistemləri və tullantılara nəzarət aiddir. Kamera tibbi cihazlarda, dəniz və çay gəmilərinin naviqasiyası və heyvanlar aləminin müşahidəsi üçün də istifadə edilə bilər.

Layihəni təhlükəsizlik sahəsinə də cəlb etmək mümkündür. Qısadalğalı infraqırmızı diapazonlu kamera qeyri-şəffaf bağlama və çantaların içində nə olduğunu müəyyən etmək bacarığına malikdir.

Qurğu, həmçinin saç rənginin, bığ və saqqalın saxta olduğunu müəyyənləşdirmək kimi qeyri-adi məsələləri həll etməyi bacarır. Bu da xüsusi xidmət orqanlarına cinayətkar və terrorçuları müəyyənləşdirməyə kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.