QAN YADDAŞI


Muzey Mərkəzində “Unudulmayanlar” adlı tədbir-sərgi

Bakı, 17 yanvar, A. İsmayılova, AZƏRTAC

Yanvarın 17-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, Dövlət Rəsm Qalereyasının və muzeyin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir-sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərə həsr edilmiş videoçarx təqdim olunub və iştirakçılar faciə mövzusunda sərgiyə baxıblar.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşan tədbirin əsas məqsədinin milli azadlığımız və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş günahsız insanların xatirəsinin yad etmək olduğunu bildirib.

Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüzündən, insanların vəhşicəsinə qətlə yetirilməsindən, 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan tarixində tutduğu mövqedən söhbət açıblar.

Tədbirdə ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsindən, qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsindən, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı törədilmiş tarixi cinayətə kəskin münasibət bildirməsindən danışıblar.

Mərasimdə 20 Yanvar faciəsinin bu gün həm də şərəf və qəhrəmanlıq səlnaməsinin yarandığı tarix kimi qeyd edildiyi bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.