MƏDƏNİYYƏT


Muzey Mərkəzində gənc rəssam Fidan Əliyevanın “Günəşə doğru” adlı ilk fərdi sərgisi açılacaq

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC 

Oktyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssam Fidan Əliyevanın “Günəşə doğru” adlı ilk fərdi sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, 40-dan çox əsərin müəllifi olan gənc rəssam təsviri sənət sahəsinin incəliklərini mənimsəyərək öz üzərində daim çalışmaqdadır. Onun tablolarının özünəməxsus cəhəti kompozisiya həllinin düşündürücü olmasında və stilistik müxtəlifliyindədir. Fidan Əliyeva daha parlaq çalarlarla işləməyə üstünlük verir.

Gənc rəssamın yaradıcılıq yolunun ilk tabloları akademik üsluba daha yaxındır. Sonrakı mərhələnin yağlı boyaları sərbəst tərzi, yüngül cizgiləri, polixrom və impressionistik üslubu ilə seçilir. Rəssamın hər bir əsərinin onun avtoportreti olduğu fikrinə istinad edərək, bütün tablolarının onun əhval və hissləri üzərində yaradıldığını duymaq mümkündür.

Sərgi oktyabrın 13-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.