MƏDƏNİYYƏT


Muzey Mərkəzində istedadlı şagirdlərin ifaları dinlənilib

Bakı, 30may,AZƏRTAC

Mayın 30-da Muzey Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bir de görüm lya” adlı bayram tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Xətai rayonu 30 nömrəli Uşaq Musiqi Məktəbi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova və 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Yusif Məmmədov balacaları əlamətdar gün münasibətilə təbrik edib, dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.

Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Azərbaycanın görkəmli musiqi xadimlərinin uşaqlıq və yeniyetməlik dövrünü əks etdirən nadir fotolardan və muzeyin tədbirlərində iştirak etmiş istedadlı uşaqların şəkillərdən ibarət slayd-şou ilə müşayiət olunub.

Tədbir istedadlı şagirdlərin ifalarında rəngarəng musiqi proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.