ELM VƏ TƏHSİL


“Muzey ayı” proqramı yekunlaşıb

Bakı, 6 iyun, AZƏRTAC

“Muzeylər və İslam həmrəyliyi” adı altında “Muzey ayı” proqramı həyata keçirilib.

Proqram Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda, İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir.

“Muzey ayı” proqramı çərçivəsində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin şagirdləri paytaxtda fəaliyyət göstərən 16 aparıcı və 11 xatirə, memorial ev muzeylərində ekskursiyada olublar. Bu ekskursiyada 4 min 269 məktəbli muzeylərin kolleksiya fondu ilə tanış olub.

“Muzey ayı” proqramına Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, “Şirvanşahlar Sarayı Kompleksi”, Azərbaycan Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Həsən bəy Zərdabi adına Azərbaycan Milli Təbiət Tarixi Muzeyi, eləcə də daha 15 muzey və ev-muzeyi qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.