REGİONLAR


Muzey bələdçiləri üçün seminar-treninqlər davam etdirilir

A+ A

Naxçıvan, 26 avqust, AZƏRTAC

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq təşkil edilib.

AZƏRTAC xəbər verir ki, seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib.

Qumral Məmiyeva qeyd edib ki, ötən ildən başlayaraq muzey bələdçiləri üçün muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə seminar-treninqlər keçirilir, muzey bələdçiləri həmin mədəniyyət müəssisələri ilə yaxından tanış olurlar. Bu seminar-treninqlərin keçirilməsində məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik səviyyəsinin yüksəldilməsidir.

Diqqətə çatdırılıb ki, muzeylərin hazırlıqlı, bilikli, xarici dilləri bilən bələdçilərlə təmin edilməsi vacib məsələlərdəndir. Muzeyə gələn insanları qarşılayan və onlara bu mədəniyyət ocağı haqqında məlumat verən bələdçilərdir. Muzey bələdçilərinin etik qaydalara əməl etməsi muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdır.

Tədbir iştirakçılarına “Muzey işinin peşə etikası kodeksi” haqqında da məlumat verilib. Muzeylərə qarşı qoyulan ən kiçik tələblər, muzey sahəsi, muzey personalı, kolleksiyaların artırılması prinsipləri, eksponatların alınmasında hüquqi normalar, kolleksiyalara qayğı, muzey peşəsi nümayəndələrinin ictimaiyyətə qarşı şəxsi məsuliyyəti kimi məsələlərdən söhbət açılıb.

Sonda Dövlət Bayrağı Muzeyinin ekspozisiyasına baxış olub və ekskursiyanın müzakirəsi keçirilib.

Seminar-treninqdə muzey bələdçilərinin davranış qaydalarına dair metodik tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.