ELM VƏ TƏHSİL


Muzeydə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı kataloq hazırlanır

Bakı, 7 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı kataloq hazırlanır.

Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov AZƏRTAC-a bildirib ki, kataloqda Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Cümhuriyyətin tarixi ilə bağlı muzeydə olan eksponatlar, arxiv sənədləri haqqında ətraflı məlumatlar verilir.

Kataloqda, eyni zamanda, müxtəlif foto şəkillərə və digər tarixi materiallara da yer ayrılıb.

Qeyd edək ki, muzeydə Azərbaycan Xalq Cümhuriyyətinə aid olan 300-dək eksponat toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.