ELM VƏ TƏHSİL


Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş “Açıq dərs”

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində məktəblilər üçün “Açıq dərs” təşkil olunub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Açıq dərs”də Bakı şəhəri, Xətai rayonu 55 nömrəli tam orta məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva muzey eksponatları əsasında “Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü” mövzusunda məruzə edib, Cümhuriyyət barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun tarixi əhəmiyyəti çox böyükdür.

Z.Həsənquliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.

Muzeydə keçirilən dərslərin məqsədi məktəblilərə milli-mədəni irsimizi öyrətmək və təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.