ELM VƏ TƏHSİL


Muzeydə “Hərb tariximizi öyrənək!” adlı sərgi açılacaq

Bakı, 31 may, AZƏRTAC

İyunun 21-dən 23-dək Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Hərb tariximizi öyrənək!” adlı sərginin keçirilməsi nəzərdə tutulur.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan hərb tarixinə həsr olunan kitablar və digər nəşrlər nümayiş etdiriləcək.

Tədbirin təşkilinin məqsədi ölkəmizin hərb tarixinə həsr olunmuş nəşrlər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.

Sərgidə təşkilatlar, nəşriyyatlar, kitab mağazaları, elm müəssisələri, təhsil ocaqları və digər qurumlar iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.