ELM VƏ TƏHSİL
Muzeydə “Qarabağ atı” bölməsi yaradılıb
Bakı, 16 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ atı” bölməsi yaradılıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, yeni yaradılan iki informasiya panelində Qarabağ atı haqqında tarixi məlumat verilməklə yanaşı, onu təsvir etmiş rəssamların işlərinin surətləri, XIX–XX əsrlərdə müxtəlif yarışlarda qalib gəlmiş atların fotoşəkilləri yer alıb.
Qarabağ atı öz gözəlliyi ilə müxtəlif Avropa və Rusiya rəssamlarının diqqətini cəlb edib. Bölmədə tanınmış Rusiya rəssamı N.Sverçkovun “Xan” adlı Qarabağ atı” rəsm əsərinin reproduksiyası (rəsmin orijinalı Moskva Atçılıq Muzeyində nümayiş olunur), həmçinin Rusiya rəssamı N.Samokişinin “Qarabağ atı” əsərinin surəti verilib.
Ekspozisiyada qurulan vitrində XIX əsr at ləvazimatını əks etdirən müxtəlif eksponatlar nümayiş olunur. Bölmədə bütün məlumatlar Azərbaycan, rus, ingilis dillərində tərtib edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:58]
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]