ELM VƏ TƏHSİL


Muzeydə “Reinkarnasiya – tarixi eksponatlar” adlı sərgi açılacaq

Bakı, 10 may, AZƏRTAC

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Reinkarnasiya – tarixi eksponatlar” adlı sərginin açılışı olacaq.

MATM-dan AZƏRTAC-a bildiriblər ki, burada hazırlanmış “Reinkarnasiya – tarixi eksponatlar” adlı sərgi ilk mərhələsi muzeydə həyata keçirilən “Reinkarnasiya” layihəsinin davamıdır.

Layihənin mahiyyəti Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirməkdir. Belə ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat veriblər. Məhz buna görə sərgi “Reinkarnasiya (ruhun yenidən qayıdışı) – tarixi eksponatlar” adlanır.

Sərgidə bir sıra yeni təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış rəssam və heykəltəraşların işləri nümayiş olunur.

Sərgidə muzeyin iyirmi tarixi eksponatı nümayiş etdiriləcək. Məhz bu eksponatları əsas götürərək rəssam və heykəltəraşlar 27 sənət əsəri yaradıblar.

Tarixi eksponatların müasir baxış kontekstində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduqları yerlərini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.

İyunun 2-dək davam edəcək sərgiyə giriş pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.