ELM VƏ TƏHSİL
Muzeydə “Sənət barəsində söhbət” layihəsi çərçivəsində mühazirə dinlənilib
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Stalin ampiri” – Bakıda Hökumət Evinin yaradılmasının tarixi”nə həsr olunmuş seminar keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbir “Sənət barəsində söhbət” layihəsi çərçivəsində bu qurumun və Rusiya İnformasiya-Mədəni Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə 177 nömrəli orta məktəbin şagirdləri iştirak ediblər.
Muzeyin xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Fuad Ağayev məktəblilərə 1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində inşa olunan Hökumət Evi haqqında ətraflı məlumat verib. Layihənin baş memarları L.Rudnev və O.Munçun rolu xüsusi vurğulanıb.
Sonra şagirdlərin sualları cavablandırılıb.