ELM VƏ TƏHSİL
Muzeydə “Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 8 avqust, AZƏRTAC
Sentyabrın 28-dən 29-dək Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilində məqsəd min illik tarixə malik Şirvanşahlar dövlətinin siyasi, iqtisadi, mədəni tarixinə nəzər salmaqdır.
Beynəlxalq konfransda tarix, mədəniyyət, arxeologiya, etnoqrafiya, ədəbiyyat, memarlıq və s. ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:17]
Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər
- 23.04.2024 [11:57]