ELM VƏ TEXNOLOGİYA


Muzeydə arxeoloji eksponatlardan ibarət yeni kataloq nəşrə hazırlanır

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi fond materiallarına həsr olunan növbəti kataloqu nəşrə hazırlayır.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, kataloq arxeologiya fondunun zoomorf təsvirli şirli qablarına həsr olunub.

Bu kataloqun hazırlanmasını aktual edən əsas məqamlardan biri məhz tariximizə aid məsələlərin araşdırılmasına kömək göstərə biləcək əşyavi mənbələri elmi ictimaiyyətə təqdim etməkdir. Kataloqa cəlb edilmiş arxeoloji materialların əksəriyyəti ilk dəfədir işıq üzü görür. Bu kataloq Azərbaycan xalqının çoxəsrlik tarixinin, eləcə də zəngin maddi və mənəvi mədəniyyətinin öyrənilməsində mütəxəssislər – arxeoloq, etnoqraf, sənətşünas və tarixçilər üçün dəyərli mənbə rolunu oynayacaq.

Kataloqun hazırlanmasının digər məqsədi isə Azərbaycan xalqına məxsus olan zəngin maddi və mənəvi mədəniyyəti, xüsusilə orta əsr dulusçuluq sənətini və xalqın bədii-estetik zövqünü təbliğ etməkdir.

Kataloqun ərsəyə gəlməsinə muzeyin arxeologiya fondunda mühafizə edilən 229 ədəd zoomorf təsvirli şirli qab və qab parçaları cəlb olunub. Bu nümunələrin əksəriyyəti arxeoloji qazıntılar zamanı Azərbaycanın orta əsr yaşayış məskənlərindən – Örənqala (qədim Beyləqan), Qəbələ, Şəmkir və Qaratəpədən (Beyləqan) əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.