ELM VƏ TƏHSİL
Muzeydə şagirdlər üçün “açıq dərs” təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
Bakıdakı 43 nömrəli liseyin səkkizinci sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, təhsil ilə elmin əlaqəsi çərçivəsində muzeydə şagirdlər üçün ədəbiyyat fənni üzrə açıq dərs təşkil edilib. Açıq dərsdə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı barədə mühazirələr dinlənilib, görkəmli sənətkarın əsərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası barədə ətraflı məlumat verilib.
Sonra şagirdlər muzeyin eksponat və ekspozisiyaları ilə yaxından tanış olublar.
Qeyd olunub ki, muzeydə təşkil edilən bu cür tədbirlər məktəblilərin dünyagörüşlərinin inkişafında mühüm rol oynayır.