ELM VƏ TƏHSİL


Muzeyə yeni eksponat daxil edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəlinə aid, Avropa istehsalı olan ov tüfəngi daxil edilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tüfəngin lüləsi dəmirdir, səkkiztillidir. Üzərində nəbati naxışları var.

Lülənin üzərində “1919” il tarixi qeyd olunub. Tüfəngin bərpaya ehtiyacı olduğundan bərpa işi muzeyin bərpa laboratoriyasının bərpaçı rəssamı Tural Nəbiyev tərəfindən həyata keçirilib.

Hazırda tüfəng muzeyin silahlar və bayraqlar fondunda saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.